Qətər ABŞ-ın İranla bağlı qərarına qarşı çıxıb | Banco.az

Qətər ABŞ-ın İranla bağlı qərarına qarşı çıxıb

Qətər ABŞ-ın İrana qarşı neft sanksiyalarının sərtləşdirilməsi qərarı ilə razı deyil.

Bunu ərəb ölkəsinin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani deyib.

"Sanksiyalar genişləndirilməməlidir, çünki bu, İran neftindən faydalanan ölkələrə mənfi təsir göstərir", - deyə "Reuters" nazirin sözlərini sitat gətirir.

"Biz Qətərdə hesab edirik ki, birtərəfli sanksiyalar yalnız və yalnız dialoq yolu ilə həll edilməli olan böhranlara müsbət effekt verəcək", - deyə Qətərin XİN rəhbəri bildirib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Prezidenti Donald Tramp aprelin 22-də İrana qarşı 2018-ci ilin noyabrında bərpa olunmuş neft sanksiyalarından istisnaların müddətini uzatmamaq qərarına gəlib. Belə olan halda Vaşinqton İran neftinin idxalına qadağa tətbiq etmiş olub, lakin iri idxalçılara altı ay ərzində alışları davam etdirmək icazəsi verib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et