Qəribə biznes ideyaları | Banco.az

Qəribə biznes ideyaları

1. Təbii qar satışı

Kyle Waring adında adamın ağlına qar təmizləyən vaxtı gələn fikir sonda böyüyərək qəribə biznesə dönüb. 2015-ci ildə Amerikanın Boston şəhərində evinin önünə yığılan qarı təmizləyən zaman “Bu qar satıla bilərmi?” deyə düşünərək böyük bir biznesin ilk addımını atan Waring “Ship Snow Yo” adlı şirkət yaradır. Qarları şüşə qablara doldurub satan adam haqqında mediyanın da maraqlanması nəticəsində bu biznes ən qəribə bizneslərdən biri kimi yadda qalır.

2. Milyon dollarlıq sayt


Alex Tew adlı tələbə 2005-ci ildə universitetdə üçüncü ilin ödənişini etmək üçün yollar axtararkən ağlına gələn bir fikirlə 100 dollarlıq bir sayt yaradır və ən maraqlı reklamçılıq fikirlərindən birinə imza atır. Saytda alına bilən ən az 10 × 10 luq sahələr yaradaraq bir çox firmanın reklam verməsi üçün maraq yaradır. Başlanğıncda öz dostlarının saytlarını reklam edən Alex ən sonuncu reklam yerini 38 min dollar qarşılığında eBayda satmışdı.

3. Slinky


Şəkildə gördüyümüz bu oyuncağın bir zamanlar nə qədər məşhur olduğunu hamımız bilirik. Lakin ilk çıxdığı vaxtlarda insanların reaksiyası çox da müsbət olmayıb. Slinkynin icadçısı Richard James adında bir gəmi mühəndisi burulma yayı ilə iş görərkən onun istifadə edilə bilməz vəziyyətə gəldiyini görüb evə aparır. Arvadı köhnələn yayı görəndə bunun oyuncaq olaraq istifadə edilə biləcəyini düşünüb maraqlı bir ad axtarmağa başlayır və sonda ‘Slinky‘ adını qoymağı qərara gəlir. 1945-ci ildə kiçik bir şirkətlə ‘Slinky‘ yaratmaq üçün razılaşdıqdan sonra satışları bir müddət yaxşı gəlməsə də yeni il satışlarında oyuncağa qarşı böyük bir maraq yaranmasıyla ‘Slinky‘ bugünkü şöhrətinə çata bilir. 90-cı illərdə ən çox sevilən oyuncaqlardan biiri olan Slinky ümumilikdə 250 milyon dollar satış həyata keçirə bilib.

Ən sərfəli kredit üçün müraciət et

4. Selfie Çubuğu


Gənc nəslin istifadə etməsiylə böyük bir məşhurluq qazanan selfie çubuqlarınınyaradıcısı Kanadalı ixtiraçı Wayne Fromm hesab edilir. Fromm selfie həyəcanından faydalanıb biznes qurmaq üçün selfie çubuğunu icad etdi. Çubuğu ilk dəfə icad edən adamın əslində 1980-ci illərdə Hiroshi Ueda adında biri olduğu deyilir. O dövrdə Minolta kamera şirkətində çalışan Ueda Avropada bir gəzinti əsnasında öz fotoşəkilini çəkmək istəmişdi lakin bacara bilmədiyi üçün belə bir fikir ortaya çıxmışdı. Uedanın icadı əslində yarandığı vaxt ən lazımsız Yapon icadları siyahısında qeyd edilmişdi.

5. Metal Diş satışı

Öz biznesini qurmaq məqsədilə məktəbdən ayrılan Brian Robert bir çox fərqli sektorda çalışıb yeni fikirlər yaratmaq arzusuyla yaşayır. Çoxunda müvəffəqiyyətsiz olan Robert Refinement Co. adlı bir sayt qurub bəzi yoldaşlarının bəzək əşyalarını saytında sataraq işə başlayır. Hip-hop mədəniyyətini sevən insanlar üçün hazırlanan bahalı və taxma qızıl dişlər diqqət çəkməyi bacarır və Robert bu biznesə daha çox üstünlük verməyi qərara alır. Bunları eBayda sataraq satış rekordları qıran Robert işlərini daha da inkişaf etdirəcəyini düşünür.

Maraqlı ola bilər: Biznesə başlamaq üçün ideal vaxt ne zamandır?

bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et