"Qərb taxıl sazişini tam şəkildə yerinə yetirməlidir" | Banco.az

"Qərb taxıl sazişini tam şəkildə yerinə yetirməlidir"

Müəllif - Aida İsaq, Banco.az

Taxıl sazişinin müddəaları tam şəkildə yerinə yetirilməlidir. Banco.az xəbər verir ki, bunu Rusiyanın Xarici işlər nazirinin müavini Sergey Verşinin Aİ-nin Moskvadakı yeni səfiri Roland Qalaraquyla olan görüşdə səsləndirib. Tərəflər ərzaq təhlükəsizliyi və beynəlxalq gündəm məsələlərini müzakirə ediblər.

Ukrayna ərzağının dəniz yolu ilə ixracına dair həm “Qara dəniz təşəbbüsü”nü, həm də bərabər şərtlərlə Rusiya ilə BMT Katibliyi arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunu özündə əks etdirən sazişin hərtərəfli həyata keçirilməsinin zəruriliyi vurğulanıb. 

Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT arasında Rusiya gübrələrinin və taxılının ixracına qoyulan məhdudiyyətlərin, habelə Ukrayna taxılının ixracına Rusiyanın yardımının aradan qaldırılması haqqında sazişlər imzalanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram