Qərb BƏƏ-ni bu ölkəyə elektronika məhsullarının ixracını dayandırmağa çağırıb | Banco.az

Qərb BƏƏ-ni bu ölkəyə elektronika məhsullarının ixracını dayandırmağa çağırıb

Müəllif - Aida İsaq, Banco.az

Qərb ölkələri Birləşmiş Ərəb Əmirliklərini hərbi məqsədlər üçün istifadə oluna biləcək bəzi məhsulların Rusiyaya ixracını dayandırmağa çağırıb.

Banco.az xəbər verir ki, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın rəsmi nümayəndələrinin son həftələrdə BƏƏ-yə səfərləri çərçivəsində ölkənin sanksiyalardan yan keçməklə bəzi məhsulların o cümlədən elektron məhsulların təkrar ixracı üçün mərkəzə çevrilməsindən narahatlıqlarını bildirmişdi.

Qeyd edək ki, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivanun sözlərinə görə, hazırda təmsil etdiyi qurum Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi əvəzinə, mövcud sanksiyaların ciddi şəkildə həyata keçirilməsinə və yayınma halları ilə mübarizəyə diqqət yetirəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et