Qərb “Apple”ın əli ilə Hindistanı BRİCS-dən uzaqlaşdırmağa başlayıb | Banco.az

Qərb “Apple”ın əli ilə Hindistanı BRİCS-dən uzaqlaşdırmağa başlayıb

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Apple” şirkəti son 2 il ərzində Hindistanda mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.

Banco.az xəbər verir ki, şirkət Hindistanda yerli əlavə dəyəri diqqətdə saxlayaraq, daxili dəyəri 11-12%-dən 15-18%-ə yüksəltməyi hədəfləyir. Hazırda Hindistanda yerli əlavə dəyər 14% təşkil edir. Bu rəqəm  Çində mövcud olan 41% əlavə dəyərdən xeyli aşağıdır. “Apple”dan edilən açıqlamaya görə, 2024-cü ildə Hindistanda 14 milyard dollar dəyərində “iPhone” yığılıb. Bu o deməkdir ki,  hazırda dünyada yığılan təxminən yeddi “iPhone” dan biri  Hindistanda istehsal olunur.

İqtisadi Rauf Qarayev mövzuya münasibət bildirib. O Banco.az-a deyib ki, artıq Qərb Hindistanı BRİCS təşkilatından öz tərəfinə çəkir:

“Amerika Hindistan iqtisadiyyatının inkişafını qarşısına şərt qoyub. Məqsəd Hindistan iqtisadiyyatını Çinlə rəqabətədavamlı formaya gətirməkdir.  Bu vəziyyət BRİCS təşkilatında olan ölkələr arasında mövcud çaxnaşma yarada bilər. Hətta təşkilatın dağılma ehtimalı var.

Bu inkişafa daha ucuz işçi qüvvəsi də təsirsiz ötüşmür. Daha əvvəl “İphone”un  köhnə modelləri istehsal olunsa da, indi daha da müasir modellər Hindistana yığılmağa başlanacaq. Bu o deməkdir ki, Hindistan “Qərbin çətir”i altına sürüklənir.  Məqsəd, Hindistanın əli ilə BRİCS təşkilatını dağıtmaqdır”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, beş sürətlə inkişaf edən ölkədən ibarət qrup olan BRİCS -ə  Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası daxildir.

Goldman Sachs-ın fikrincə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək. BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcudluğu resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətli təmin edir. Hindistan BRİCS daxilində ucuz intellektual resurslara cavabdehlik daşıyır. Çin isə qrupda ucuz əmək resurslarının sahibidir, Cənubi-Afrika respublikası təbii resurslar, Braziliya kənd təsərrüfatı məhsuluyla zəngindir.  Rusiya isə dünyada ən böyük mineral resursların eksportçusudur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et