Qəbələdə işgüzar forum keçirilib | Banco.az

Qəbələdə işgüzar forum keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyulun 2-də Qəbələ rayonunun Vəndam kəndində işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

  • ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
  •  
  • intensiv bağçılıq, tərəvəzçilik, taxılçılıq və balıqçılıq təsərrüfatlarının yaradılması;
  •  
  • arıçılıq təsərrüfatlarının, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı və xalçaçılıq müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

 

apa.az