“Qazprom”un təbii qaz ixracı və hasilatı azalır | Banco.az

“Qazprom”un təbii qaz ixracı və hasilatı azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Qazprom” yanvar-noyabr dövründə təbii qaz ixracının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz, hasilatın isə 19,4 faiz azaldığını bildirib.

Banco.az xəbər verir ki, Rusiyanın enerji şirkəti "Qazprom"un yaydığı bəyanata görə, şirkətin ilin 11 ayında təbii qaz hasilatı ötən ilin eyni dövrünə nəzərən 19,4 faiz azalaraq 376,9 milyard kubmetr olub.

Sözügedən dövrdə şirkətin Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmayan ölkələrə təbii qaz ixracı da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz azalaraq 95,2 milyard kubmetrə enib.

Bəyanatda həmçinin “Sibirin Gücü” boru kəməri ilə Çinə qaz nəqlinin artmaqda davam etdiyi qeyd edilib və daşınmaların müqavilə öhdəliklərindən artıq həyata keçirildiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

O da qeyd edilib ki, ilin 11 ayında qlobal təbii qaz tələbatı 55 milyard kubmetrdən çox azalıb və 50 milyard kubmetr azalmada əsas pay Avropa İttifaqı (Aİ)  və İngiltərəyə məxsusdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et