Müəllif: Tamara Mustafayeva, Banco.az
“Qazprom”un səhmləri 16 illik minimuma düşüb.
Banco.az xəbər verir ki, Rusiyanın enerji şirkəti “Qazprom”un səhmləri artan geosiyasi qeyri-müəyyənliklər səbəbindən 2 faizdən çox dəyər itirərək 2009-cu ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb.
Sanksiyalar səbəbindən Avropa təbii qaz bazarındakı payını əhəmiyyətli dərəcədə itirən “Qazprom”un səhmləri Rusiya təbii qazının Ukrayna vasitəsilə daşınmasına dair razılaşmanın sona yaxınlaşması ilə dəyər itirir.
Dünən Bakı vaxtı ilə saat 18:30-a olan məlumata görə, "Qazprom"un səhmlərinin qiyməti 2,4 faiz ucuzlaşaraq 106,1 rubla düşüb ki, bu da 2009-cu ilin yanvarından bəri ən aşağı səviyyə deməkdir.
Moskva Fond Birjası (MOEX) dəyərinin 1,78 faizini itirərək 2377 bəndədək geriləyərkən, dollara əsaslanan RTS indeksi 1,86 faiz azalaraq 727 bənd olub.
Bizi sosial şəbəkələrdən izləyin!!