“Qazprom”un Avropaya qaz nəqli 23 faiz azalacaq | Banco.az

“Qazprom”un Avropaya qaz nəqli 23 faiz azalacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Qazprom” Ukrayna vasitəsilə Avropaya qaz nəqlini azaldacaq.

Banco.az xəbər verir ki, Rusiyanın enerji şirkəti "Qazprom"un şirkətin Sohranivka paylama məntəqəsindən qaz nəqli tələbinin Ukrayna tərəfindən rədd edildiyi qeyd edilib.

Şirkət bu barədə Rusiya mətbuatına açıqlamasında bildirib.

Dünən Ukrayna vasitəsilə Avropaya 32,6 milyon kubmetr təbii qaz göndərən "Qazprom"un nəqli bununla da yanvarın 18-indən 23 faiz azalacaq.

Xatırladaq ki, 2022-ci ilin mayında Ukrayna Rusiya təbii qazının üçdə birinin Avropaya keçdiyi Sohranivka paylama məntəqəsində daşınmanı dayandırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et