“Qazprom”dan İtaliyaya qaz ixracı yenidən başlayır | Banco.az

“Qazprom”dan İtaliyaya qaz ixracı yenidən başlayır

Tamara Mustafayeva, Banco.az

Rusiyanın enerji nəhəngi “Qazprom” Avstriya üzərindən İtaliyaya qaz ixracını bərpa edəcəyini bəyan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın ən böyük və dünyada ən çox neft-qaz çıxaran şirkət olan “Qazprom” Avstriya vasitəsilə başda İtaliya olmaqla bir sıra ölkələrə qaz ixracını bərpa edəcəyini bildirib.

İtaliyanın "Eni" enerji şirkəti də qaz axınının başladığı barədə rəsmi açıqlama yayıb.

Xatırladaq ki, şirkət oktyabrın 1-də “Qazprom”dan qaz axınının dayandırıldığını elan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram