"Qazprom" Ukrayna vasitəsilə Moldovaya təbii qaz nəqlini azaltmayacaq | Banco.az

"Qazprom" Ukrayna vasitəsilə Moldovaya təbii qaz nəqlini azaltmayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Moldovaya qaz nəqlini azaltmayacağını bildirib.

Banco.az xəbər verir ki, Rusiyanın enerji şirkəti “Qazprom” saxlanılan qaz üçün lazımi ödəniş edildikdən sonra Ukrayna vasitəsilə Moldovaya təbii qaz nəqlinin azaldılmamasına dair qərara gəlindiyini açıqlayıb.

“Qazprom”dan verilən yazılı bəyanatda Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada saxlandığı xatırladılıb.

Moldova tərəfindən sözügedən qaz üçün şirkətə lazımi ödənişin edildiyi bildirilən bəyanatda bu səbəbdən də təbii qaz nəqlinin azaldılmamasına qərar verildiyi öz əksini tapıb.

Xatırladaq ki, “Qazprom”un noyabrın 22-də yaydığı bəyanatda Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada saxlandığı, vəziyyətin belə davam edəcəyi təqdirdə noyabrın 28-dən etibarən Ukrayna vasitəsilə qaz nəqlinin azaldılacağı bildirilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et