"Qazprom" Ukrayna vasitəsi ilə qaz tədarükünü artırıb | Banco.az

"Qazprom" Ukrayna vasitəsi ilə qaz tədarükünü artırıb

Müəllif - Aida İsaq, Banco.az

“Qazprom”un Ukrayna vasitəsilə tədarükləri yanvarın əvvəlinə olan səviyyə ilə müqayisədə azalsa da, fevralın 1-də 20 faiz artaraq 29,4 milyon kubmetrə çatıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov məlumat verib. 2022-ci ilin ikinci yarısında Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tədarükü sutkada 40-43 milyon kubmetr səviyyəsində qalıb. Lakin yanvarın əvvəlindən qazın nəqli kəskin şəkildə azalmağa başlayıb. Artıq yanvarın 4-də səviyyə 38 milyon kubmetrdən, iki həftə sonra isə 24,4 milyon kubmetrdən aşağı enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram