"Qazprom" Avropaya təbii qazla bağlı xəbərdarlıq edib | Banco.az

"Qazprom" Avropaya təbii qazla bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Qazprom" Avropaya təbii qazla bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, “Qazprom” tərəfindən verilən açıqlamada bildirilib ki, regionda müşahidə olunan isti hava şəraiti anbarlara təbii qazın vurulması prosesini ləngidir.

Qeyd olunub ki, iyunun 27-nə olan vəziyyətə görə, Avropadakı anbarlarda saxlanılan təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 milyard kubmetr və ya 16,7 faiz daha aşağı səviyyədədir.

Açıqlamada vurğulanıb ki, Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq səviyyəsi son beş ilin ən aşağı göstəricisindədir. Bildirilib ki, “Avropanın yeraltı təbii qaz anbarlarının doldurulmasındakı çatışmazlıq əvvəlki illərlə müqayisədə daha da artır”.

Yaxın Şərqdəki hadisələr səbəbindən qaz qiymətlərinin yüksəldiyi Avropada, Körfəz ölkələrindən mayeləşdirilmiş təbii qaz idxalı da münaqişələr səbəbindən çətinləşib.

Rusiyanın Avropaya təbii qaz ixracı da sanksiyalar səbəbindən əhəmiyyətli dərəcədə azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram