Qazla bağlı köhnə borclar əvvəlki tariflərlə hesablanmalıdır | Banco.az

Qazla bağlı köhnə borclar əvvəlki tariflərlə hesablanmalıdır

Təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

Mənbə: APA.az