Qazaxıstanın valyutadəyişmə məntəqələrində 1 dollar 387,83 tengeyə satılır.
Qazaxıstan milli valyutası ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edir. Bəzi mübadilə məntəqələrində dollar 388-389 tengeyə təklif olunur.
Avqustun 27-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının ortaçəkili məzənnəsi 1 dollar üçün 387,55 tenge təşkil edib.
Azərtag.az