Qazaxıstanda neft-qaz sənayesinə yaxın illərdə qoyulacaq sərmayənin məbləği açıqlanıb | Banco.az

Qazaxıstanda neft-qaz sənayesinə yaxın illərdə qoyulacaq sərmayənin məbləği açıqlanıb

Qazaxıstanın neft-qaz sənayesində qarşıdakı ortamüddətli dövr ərzində ümumi dəyəri 75 milyard dollar olan layihələr həyata keçiriləcək ki, nəticədə 2025-ci ilədək neft hasilatı 105 milyon tona çatdırılacaq. 

Bu barədə Qazaxıstan neftinin 120 illiyi münasibətilə Atırauda keçirilən təntənəli tədbirdə ölkənin enerji naziri Kanat Bozumbayev bildirib.

O deyib ki, neftayırma müəssisələrinin modern texnologiyalarla təchiz olunmasına 6 milyard dollar vəsait qoyulub. Ölkənin daxili bazarı da yüksək ekoloji standartlara uyğun gələn neft məhsulları ilə tam şəkildə təmin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə neft-qaz sənayesinin dayanıqlı inkişaf etdiyini qeyd edən nazir bu ilin səkkiz ayının nəticələrinə görə, neft hasilatının 59,8 milyon ton təşkil etdiyini, yəni ötən ilin müvafiq dövrü göstəricisinin 99,6 faizi olduğunu, o cümlədən 36 milyon ton hasilatın üç başlıca yataq olan "Qaşağan", "Tengiz" və "Qaraçağanaq" yataqlarının payına düşdüyünü söyləyib.

Nazir bildirib ki, həmin dövr ərzində 11,2 milyon ton neft emal olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz çox benzin, 9,6 faiz çox dizel yanacağı, 212 faiz çox təyyarə yanacağı istehsal olunub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et