Müəllif:Ayşən İmanova/Banco.az
Qazaxıstan Avstriya, Fransa, Lixtenşteyn, Əmirliklər, Türkiyə, Rusiya və digər ölkələrdən pul, qiymətli kağızlar, daşınmaz əmlak və zərgərlik məmulatları şəklində 2 milyard dollar vəsait qaytarıb.
Banco.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.
Ümumi məbləğdən Lixtenşteynin payı 116,7 milyard təngə (243,4 milyon dollar); Avstriya - 36,8 milyard təngə (76,7 milyon dollar); BƏƏ - 6,3 milyard tenge (13,1 milyon dollar), Türkiyə - 2,2 milyard təngə (4,5 milyon dollar) olub.
Bu ilin əvvəlindən başa çatmış cinayət işləri üzrə təqribən 195 milyard təngə (406,7 milyon dollar) geri qaytarılıb.
Qeyd edilib ki, təkcə son 2,5 ildə oliqopoliyalar da daxil olmaqla, Qazaxıstan xalqı 1,09 trilyon təngə (2 milyard dollardan çox) geri qaytarıb.
Bizi sosial şəbəkələrdən izləyin!!