Qazaxıstan yaxın günlərdə Almaniyaya neft ixrac edəcək | Banco.az

Qazaxıstan yaxın günlərdə Almaniyaya neft ixrac edəcək

Müəllif - Aida İsaq, Banco.az

Qazaxıstan "Drujba" kəməri ilə Almaniyaya neft göndərməyə hazırdır. 

Banco.az xəbər verir ki, bu barədə sözügedən ölkənin energetika naziri Bolat Akçulakov bildirib. O, yaxın günlərdə yanacaq ixracına start verilməsi üçün artıq bütün işlərin yekunlaşdığını qeyd edərək, hər hansısa problemin olmadığını vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin sonunda “Kaztransoil” Almaniyaya tranzit məqsədi ilə 2023-cü il üçün 1,2 milyon ton həcmində əlavə “Drujba” tutumları saxlayıb. Müvafiq həcmin 300 min tonunun birinci rübdə təhvil verilməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et