Müəllif - Aida İsaq, Banco.az
Qazaxıstan Rusiyaya qarşı Qərb sanksiyalarının tətbiqi üçün bütün lazımi tədbirləri həyata keçirir.
Banco.az xəbər verir ki, bunu Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova bildirib. Onun sözlərinə görə, banklar və maliyyə təşkilatları müvafiq prosedurları xeyli gücləndiriblər. Buraya hesablaşmalarda istifadə olunan xarici valyutalarla bağlı və müəyyən siyahılara daxil edilmiş sanksiyaya məruz qalan şəxslərlə bağlı olan tədbirlər daxildir.
Agentlik rəhbəri bütövlükdə ölkəsinin bank sistemi ticarət əməliyyatları həyata keçirərkən sanksiyalardan yan keçən mərkəzə çevrilməməsi üçün çalışdığını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!