Qazaxıstan prezidenti bəzi hökumət üzvlərini dəyişib | Banco.az

Qazaxıstan prezidenti bəzi hökumət üzvlərini dəyişib

Qazaxıstan prezidentinin sərəncamı ilə hökumət üzvlərinin tərkibində bir sıra dəyişikliklər aparılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Xarici İşlər naziri Beybut Atamkulov Sənaye və İnfrastruktur İnkişafı naziri vəzifəsinə təyin edilib.

Ölkə başçısı Xarici İşlər naziri vəzifəsinə Muxtar Tleuberdinin, dövlət katibi Krımbek Kuşerbayevin, Prezident Administrasiyasının rəhbəri Yerlan Koşanovun təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa Baş Nazirin müavini Jenis Kasımbek Qaraqanda vilayətinin başçısı təyin olunub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et