Qazaxıstan neft ixracını artırıb | Banco.az

Qazaxıstan neft ixracını artırıb

Müəllif - Aida İsaq, Banco.az

Qazaxıstan 2022-ci ildə Rusiyadan yan keçərək neft ixracını artırmağa nail olub.

Banco.az xəbər verir ki, Qazaxıstandan tədarük olunan neftin ümumi həcminin 80 faizindən çoxu “Xəzər Boru Kəməri Konsorsiumu”nun boru kəmərləri vasitəsilə həyata keçirilib. Rusiyadan yan keçən marşrutlarla Çinə 1,26 milyon ton, Gürcüstanın Batumi limanı vasitəsilə 214 min ton, Bakıdakı neft emalı zavoduna 141 min ton, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə 109 min ton və Özbəkistana 80 min ton ixrac həyata keçirilib. 

Ümumilikdə, Rusiyadan yan keçməklə 1,8 milyon ton neft ixrac edilib. Bu isə 2021-ci illə müqayisədə 638 min ton çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram