Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb | Banco.az

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Qazaxstan Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişməyərək 10,5% səviyyəsində sabit saxlayıb. 

"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumatda bildirilir ki, proqnoz inflyasiyanın ortamüddətli perspektivdə tədricən zəifləməsi baza uçot dərəcəsinin istər qısamüddətli, istərsə də 12-18 aylıq dövrdə real faiz həddinin iqtisadi artım templərinə uyğunlaşdırılması baxımından azaldılmasına imkan yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Qazaxıstanda iyun ayında illik inflyasiya 7,5% təşkil edib. İyunda Milli Bank uçot dərəcəsini 11%-dən 10,5%-ə endirib. Bankın növbəti iclası avqustun 21-də keçiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et