Qazaxıstan Almaniyaya neft nəqlinə başlayıb | Banco.az

Qazaxıstan Almaniyaya neft nəqlinə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qazaxıstanın Almaniyaya ilkin mərhələdə 20 min ton neft göndərdiyi bildirilib.

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkəti (KazTransOil) açıqlama verib.

Açıqlamada qeyd olunub ki, fevralın 25-də Almaniyaya ixrac üçün 20 min ton Qazaxıstan nefti Polşa sərhədindəki Adamova Zastava neft terminalına göndərilib.

Həmçinin bildirilib ki, neftin Adamova Zastava terminalına ötürülməsi üçün Rusiyanın neft və qaz nəqli şirkəti olan “Transneft” şirkətinin boru kəmərlərinə neft vurulub.

Xatırladaq ki, “KazTransOil” “Transneft” vasitəsilə 2023-cü ildə eyni marşrut üzrə 1,2 milyon ton Qazaxıstan neftinin Almaniyaya ötürülməsi ilə bağlı razılıq əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et