Qazaxıstan AES ilə bağlı referenduma 32 milyon dollardan çox xərcləyəcək | Banco.az

Qazaxıstan AES ilə bağlı referenduma 32 milyon dollardan çox xərcləyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) Atom Elektrik Stansiyaları (AES) ilə bağlı referendumun keçirilməsinə 15,5 milyard tənqə (32,1 milyon dollar) xərcləməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

“Xərclərin ümumi məbləği bizim hesablamalarımıza görə 15,5 milyard tənqədir. Bu məbləğə dünyanın 63 ölkəsində yerləşən 78 xarici seçki məntəqəsində referendumun təşkili və keçirilməsi xərcləri daxildir”, - MSK üzvü Sabila Mustafina bildirib.

O qeyd edib ki, smetada ümumi məbləğin 71%-i bütün səviyyələrdə komissiya üzvlərinin əmək haqlarına, 29%-i isə təşkilati xərclərə: informasiya təminatı, bülletenlərin və çap məhsullarının istehsalına yönəldilib.

Xatırladaq ki, dünən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2024-cü il oktyabrın 6-da keçiriləcək AES-in tikintisi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et