Qazaxıstan adının dəyişdirilməsi təklif olunur | Banco.az

Qazaxıstan adının dəyişdirilməsi təklif olunur

Qazaxıstanlı deputat Azat Peruaşev ölkənin baş naziri Bakıtjan Sagintayevə Qazaxıstanın adının dəyişdirilməsi ilə bağlı təklif göndərib.

Ölkənin adının Qazax Respublikasına dəyişdirilməsi təklif olunur.

Millət vəkili yeni adın 2020-ci ildə SSRİ-nin tərkibində Qazax Sovet Sosialist Respublikasının yaradılmasının 100 illik ildönümü ilə bağlı verilməsini təklif edib.

Ən sərfəli kredit üçün müraciət et

Deputat xatırladıb ki, hələ 2014-cü ildə Prezident Nursultan Nazarbayev Qazaxıstan adının Qazax Elinə (Qazax Respublikası) dəyişdirilməsi təklifini irəli sürmüşdü.

Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et