Qazaxıstan 2023-cü ildə neft hasilatını 90,5 milyon tona çatdıracaq | Banco.az

Qazaxıstan 2023-cü ildə neft hasilatını 90,5 milyon tona çatdıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qazaxıstanın 2023-cü ildə neft hasilatını 90,5 milyon tona çatdırmağı planlaşdırdığı bəlli olub.

Banco.az xəbər verir ki, Qazaxıstanın Energetika naziri Bolat Akçulakov nazirliyin geniş iclasında ölkənin enerji sektoru ilə bağlı açıqlamalar verib.

Ötən bir ildə 84,2 milyon ton neft hasil etdikləri barədə məlumatı bölüşən Akçulakov 2023-cü ildə bu həcmi 90,5 milyon tona çatdırmağı hədəflədiklərini bildirib.

O həmçinin qeyd edib ki, 2022-ci ildə hasil edilən ümumi neftin 64,3 milyon tonunu ixrac edən ölkə bu il isə 71 milyon ton neft ixrac etməyi düşünür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et