Qazaxıstan 2022-2023-cü illərdə neft hasilatını tədricən artıracaq | Banco.az

Qazaxıstan 2022-2023-cü illərdə neft hasilatını tədricən artıracaq

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Qazaxıstan üzrə 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Gələn il Qazaxıstanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 2,01 mln. barel olacağı ehtimal olunur.

Hesabata əsasən, cari il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 2 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 1,98 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Qeyd olunur, ötən il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,87 mln. barel təşkil edib ki, bu da ötən proqnoz göstəricisindən 0,01 mln. barel çoxdur.

Xatırladaq ki, EIA-in hesablamalarına görə, 2020-ci ildə Qazaxıstanda ortalama gündəlik neft hasilatı 1,86 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 1,97 mln. barel təşkil edib.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, Qazaxıstan neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyadan əvvəlki səviyyəni artıq 2022-ci ildə ötəcək.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et