Qaz sayğaclarına niyə yeni cihazlar quraşdırılır? | Banco.az

Qaz sayğaclarına niyə yeni cihazlar quraşdırılır?

“Mexaniki qaz sayğaclarına smart cihazların quraşdırılmasında məqsəd istehlakçıların rahatlığının təmin olunmasıdır. “Ağıllı” qurğular vasitəsilə abonentləri narahat etmədən bütün məlumatları uzaq məsafədən öyrənmək mümkündür”.

Bu sözləri Xəzər TV-nin “Xəbər Ertəsi” verilişinə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Elçin Qocayev bildirib.

Onun sözlərinə görə, smart cihazlar həm də yaranan nasazlıqları vaxtında aradan qaldırmağa şərait yaradacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram