Qaz ixracı başlayanda Azərbaycanın gəlirləri ciddi artacaq? | Banco.az

Qaz ixracı başlayanda Azərbaycanın gəlirləri ciddi artacaq?

Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən çox asılıdır. Neft ucuzlaşdığı üçün yaxın illərdə sürətli artım gözləmək olmaz. Bu barədə “Moodys Investors Service” təşkilatının açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, "yeni qaz ixracı kəməri 1-3 il sonra fəaliyyətə başlasa (2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya), Avropa qaz tədarükünü şaxələndirəcək, Azərbaycan digər tədarükçülərlə rəqabətə girməli olacaq, onlar rəqabətli qiymətlər təklif edəcək".

Agentlik demək istəyir ki, "Şahdəniz" layihəsi çərçivəsində qaz ixracı başlayanda ölkənin gəlirləri ciddi artmayacaq: əvvəla, xarici şirkətlər investisiyalarını qaytarmalıdır; ikincisi ortamüddətli perspektivdə qazın bahalanacağı gözlənilmir.

Ən sərfəli kredit üçün müraciət et

Moodys Investors Service 2017-ci il üzrə Azərbaycanü üzrə iqtisadi artım proqnozunu endirib.

Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası iqtisadi artımın bərpasına mane ola bilər, deyə agentlik hesab edir.

"ÜDM artımının bir hissəsinin banklar tərəfindən kreditləşmə ilə dəstəklənməsi gözlənilirdi. Belə görünür ki, bankların çoxu reabilitasiya edilməli, kredit artımı bərpa olunmalıdır və iqtisadi artım təxirə salınacaq", - deyə agentlik bildirir.

Bank aktivlərinin 40%-ə sahib olan ABB-nin 3,337 mlrd. dollar məbləğində öhdəliyi dövlətə ötürüləcək.

© Contact