Qaydaları pozanlara 61,3 milyon manat cərimə tətbiq olunub | Banco.az

Qaydaları pozanlara 61,3 milyon manat cərimə tətbiq olunub

Xətaların 10,7 faizi dayanma və ya durma qaydalarının pozulmasından ibarətdir

Bu ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çox inzibati xəta aşkarlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblərlə əlaqədardır. Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimə tətbiq edilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa

Ən sərfəli krediti almaq üçün müraciət et