Qatlana bilən yeni klaviatura modeli təqdim olunub | Banco.az

Qatlana bilən yeni klaviatura modeli təqdim olunub

Müəllif - Aida İsaq, Banco.az

Yaponiyanın “Grab Shell” şirkəti iki əllə tutula bilən qatlanan klaviatura modelini təqdim edib.

Banco.az xəbər verir ki, bazarda artıq bu növdən olan modellərin olmasına baxmayaraq, müvafiq cihaz istifadəçilərə tam QWERTY tərtibatını, eləcə də çox sayda əlavə düymələr təklif etməsi ilə fərqlənir. Həmçinin cihazda sürüşdürmə çarxı da yer alır. Portativ cihaz daxili 2000 mAh batareya ilə təchiz olunub. Həmçinin Windows və macOS ilə işləyən cihazlara naqilsiz şəkildə qoşula bilir. Klaviatura ağ və qara rənglərdə mövcuddur. Cihaz 299 dollara təklif olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et