Qarşıdakı ildə hansısa bankın bağlanması gözlənilir? - AÇIQLAMA | Banco.az

Qarşıdakı ildə hansısa bankın bağlanması gözlənilir? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Mərkəzi Bank sədri Taleh Kazımov problemli bankların mövcud olub olmaması ilə bağlı məsələyə münasibət bildirib.

Banco.az-ın əldə etdiyi məlumata görə, AMB sədri bildirib ki, hazırda Mərkəzi Bankın qaydalarına riayət etməyən bank yoxdur. Ölkədə sistem əhəmiyyətli bankların heç bir problem olmadığını vurğulayan sədrin sözlərinə görə, indiki məqamda hansısa bankın bağlanması planda yoxdur.

İşlək olan bankların hamısının maliyyə hesabatları qaydasındadır, hesabatlılıq və aktivləri ilə bağlı problem aşkar edilməyib.

Qeyd edək ki, cari ildə Azərbaycanda 2 bank - “Günay Bank” və “Muğan Bank”ın lisenziyası ləğv olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et