Qarşıdakı aylarda devalvasiya gözlənilir? - Eldəniz Əmirov cavabladı | Banco.az

Qarşıdakı aylarda devalvasiya gözlənilir? - Eldəniz Əmirov cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyanın bir çox ölkələrində dolların güclənməsi fonunda vəziyyətin manata təsir mexanizmləri müzakirə mövzusuna çevrilib.

Qarşıdakı aylarda devalvasiya ehtimalları barədə Banco.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, uçot dərəcəsinin yuxarı qalxması manatın ucuzlaşmasına səbəb olmadığı kimi, uçot dərəcəsinin aşağı düşməsi də manatın birbaşa məzənnəsinə təsir etməyə malik deyil:

“FED  kəskin faiz artımları ilə inflyasiyanı cilovladıqdan sonra uçot dərəcəsinin azaldılması istiqamətində müəyyən siyasət aparır. İlin  əvvəlində gözlənilirdi ki, davamlı olaraq uçot dərəcəsinin azalması müşahidə ediləcək, amma görünən odur ki, FED hazırda buna o qədər də tələsmir. Hətta FED-in İdarə Heyətinə aid olan şəxslərdən ikisinin verdiyi şərhlər onu deməyə əsas verir ki, ilin əvvəlində olduğu kimi dolların ucuzlaşması yuxarı səviyyədə baş verməyəcəkdir. 
2024-cü ilin əvvəlində gözlənilirdi ki, beş altı dəfəyə qədər bir neçə dəfə  faiz dərəcəsi ilə bağlı qərar verilsin. Amma görünən odur ki, ABŞ buna o qədər də tələsmir. Çünki bütün hallarda Federal Ehtiyat Sistemi dolların ucuzlaşmasının davamlı olmasının tərəfdarı deyil”.

Ən sərfəli kredit üçün müraciət et

Manatın gələcək taleyi barədə fikirlərini bölüşən ekspert qeyd edib ki,  milli valyutanın məzənnəsini Mərkəzi Bank tənzimləyir:

“Hazırkı məqamda da Mərkəzi Bankın açıqladığı, 2020- 2026-cı illər üzrə olan strategiyada, eyni zamanda da 2024-cü il üzrə olan monetar siyasətdə manatın ucuzlaşmasına dair hər hansı bir təhdidin olmadığını görə bilərik. Qarşıdakı illərdə bununla bağlı hansı qərarın veriləcəyini demək mümkün deyil, amma hazırkı məqamda manata ciddi bir təhdid yoxdur”.

Ən sərfəli krediti almaq üçün müraciət et