Qarlı hava nəticəsində qəzaların sayı kəskin artıb - SIĞORTA ŞİRKƏTLƏRİ | Banco.az

Qarlı hava nəticəsində qəzaların sayı kəskin artıb - SIĞORTA ŞİRKƏTLƏRİ

Bakıda hava şəraitinn kəskin pisləşməsi və qar yağması avtomlobil qəzalarının və sığorta hadisələrinin sayını kəskin artırıb. Fins.az-ın məlumatına görə, hazırda sığorta şirkətlərinə  avtomobil qəzaları ilə bağlı müraciətlərin sayı kəskin artıb və bu proses indi də davam etməkdədir.

Avtomobil sığortaları üzrə ixtisaslaşmış əsas şirkətlərdən biri "Standard Insurance" sığorta şirkətinin satış departamentinin rəhbəri Orxan Vəliyev fins.az-a bildirib ki, qəzaların sayının çoxalması artıq səhər saatlarından hiss olunub:

"Artıq səhər saat 9-a qədər gecə növbətçisi qəza ilə bağlı 8 müraciətin olduğunu qeydə almışdı. Küçədə özüm də iki qəzanın şahidi olmuşam.

Hamısının səbəbi qarda sürüşmədir". Ümumilikdə bu gün saat 13-dək  "Standard Insurance"ə qəza ilə bağlı 26 müraciət daxil olub ki, bu da adi günlərə nisbədən təqribən 4 dəfə artıqdır: "Adi günlərdə günortayadək 5-8 hadisə olurdu, indi müraciətlərin sayı 26-ya çatıb".

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin  aparıcı şirkətlərindən olan "Atəşgah" da qəza ilə bağlı müraciətlərin sayının kəskin  - təqribən 3 dəfə artdığını açıqlayıb.

Şirkətin qəza komissarları şöbəsinin rəisi İlkin Quliyev fins.az-a bildirib ki, adətən gün ərzində şirkətə qəza ilə bağlı 40-a yaxın müraciət daxil olsa da, bu gün artıq günortayadək müraciətlərin sayı 70-i keçib.

"AXA Mbask" şirkətində hadisələrin 2 dəfə artması qeydə alınıb: "Hər gün günortayadək 4-5 hadisə olurdu, indi 8 hadisə barədə müraciət daxil olub".

Qarlı hava nəticəsində qəzaların sayının artmasını "Atasığorta" da hiss edib. Şirkətdən fins.az-a verilən məlumata görə, hələ dünən qarlı hava ilə bağlı müraciətlərin sayı 17 idi. Bu, hadisələrin 8-9 olduğu adi günlərdən 2 dəfə artıqdır.

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et