Qardan elektrik enerjisi əldə oluna bilər | Banco.az

Qardan elektrik enerjisi əldə oluna bilər

Müəllif - Aida İsaq, Banco.az

Yapon alimləri qardan elektrik enerjisi almaq üçün yeni texnologiyanı sınaqdan keçirirlər. 

Banco.az xəbər verir ki, Aomori şəhərində başlayan təcrübənin 2023-cü ilin yazına qədər davam edəcəyi bildirilir. Alimlər müntəzəm olaraq qarla dolu olan hovuz kimi konteynerə yerləşdiriləcək xüsusi turbinlərdən istifadə edəcək. Günəşin qızdırdığı hava ilə hovuzun içinin soyuq olması səbəbindən temperatur fərqi yaranacaq. Bu, isə turbinin içəridə fırlanmasını təmin edərək elektrik enerjisi istehsal edəcək bir konveksiya cərəyanının yaranmasına səbəb olacaq.

Qeyd edək ki, qardan elektrik enerjisinin istehsal olunması enerji böhranına qarşı mübarizənin gücləndirilməsinə eyni zamanda ətraf mühitə daha az zərər vurulmasına hədəflənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et