Qarabağda sahibkarlara kommunal xidmətlər güzəşti də veriləcək | Banco.az

Qarabağda sahibkarlara kommunal xidmətlər güzəşti də veriləcək

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən iş adamlarının elektrik enerjisi, təbii qaz və suyun haqqını güzəştli tariflərlə ödəməsi imkanlarını nəzərdən keçirir.

Bunu  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev bildirib.

"Hesab edirəm ki, bu güzəştlərlə bağlı paket 1-1,5 il müddətində hökumətə təqdim ediləcək", - o deyib.

E.Şiriyevin sözlərinə görə, bundan başqa, xammal siyahısı tərtib ediləcək: "Bu siyahı əsasında bəzi xammalların gömrük rüsumlarından azad edilməsi gözlənilir. Bu isə iqtisadi aktivliyin təmin edilməsi üçün həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni istehsal sahələri qurulanda artıq sahibkarlar daha rəqabətli, cəlbedici olacaq".

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et