"Qara Cümə" də təklif olunan endirimlər nə dərəcədə realdır? | Banco.az

"Qara Cümə" də təklif olunan endirimlər nə dərəcədə realdır?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Alış-veriş etməyi hər kəs sevir. Bəyəndiyimiz geyimləri, çantaları və ya digər məhsulları endirimli qiymətə almaq isə bizim üçün bir növ bayramdır. Hər il noyabr ayının sonuncu günü bütün dünyada "Qara Cümə" ( Black Friday) günü qeyd olur. Məhz həmin gün bütün şirkətlər və markalar məhsulların qiymətinə ciddi endirimlər edir. Son illər bu ənənə Azərbaycanda da tətbiq olunmağa başlayıb.

Bəs görəsən, "Qara Cümə" günündə tətbiq olunan endirimlər nə dərəcədə realdır?

Mövzu ilə bağlı Banco.az-a danışan marketoloq Bəylər Əlizadə bildirdi ki, bir neçə il öncəyə qədər Azərbaycanda "Qara Cümə" (Black Friday) günündə tətbiq edilən endirimlərin çoxu saxta idi:

“Alıcılar da bunu dərk edirdi. Son illər ərzində biz artıq həmin gün ərəfəsində real endirimlərin şahidi oluruq. Əslində "Qara Cümə" günü şirkətlər üçün ən yaxşı marketinq alətlərindən biridir. Qlobal markalar bu fürsətdən hər il yararlanaraq daha çox satış edir. Amma Azərbaycanda bu ənənə yeni formalaşmağa başlayır. Bəzi markalar anbarda qalan və saılmayan yaxud defektli məhsulları həmin gün ərəfəsində endirimə qoyur. Əsas məhsullara isə demək olar ki, endirimlər olmur. Bəzi markalar isə mövcud qiymətləri artıraraq həmin gün “endirim” etməyə çalışır. Təəssüf ki, belə hallar çox olub. Bu isə alıcıları aldatmaq deməkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertin fikrincə, qlobal markalar "Qara Cümə" günündə real endirimlərlə ciddi məbləğdə gəlir qazanır:

“Artıq yerli şirkətlər də bunu dərk edir və görür. Ona görə də bu ənənə getdikcə bizdə də formalaşır. Müştərini aldatmağın “effektiv” olmadığını artıq hər kəs başa düşür”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et