Valyuta hərracından dərhal sonra “qara bazar”da dolların satış qiymətləri bir qədər də bahalaşıb.
Səhər saatlarında 1,8400 manata satılan dollar indi 1,8500 manata qədər bahalaşıb.
Dolların “qara bazar”da alışı qiyməti isə dəyişməyərək 1,8200 manat olaraq qalıb.
Qeyd edək ki, bankların dollar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olmuşdu. Nəticədə dollar satışı son bir neçə gündə “qara bazar”da 1,93 manatdan 1,84 manata qədər ucuzlaşmışdı.
Mənbə: Fins.az