Qalib olmaq üçün məğlubiyyətə hazır olmalısan! | Banco.az

Qalib olmaq üçün məğlubiyyətə hazır olmalısan!

Fərz edək ki, uğurlu olmaq, həyatınızı dəyişmək və xəyallarını qurduğunuz şeyləri əldə etmək, bir an öncə onlara çatmaq istəyirsiniz. “Bunlara nail olmaq üçün  hər şeyi etməyə hazıram” deyirsiniz və özünüzü də çox enerjili və həvəsli hiss edirsiniz. Və bir gün qərar verib bir yerdən başlayırsınız bu yöndə işləməyə və ilk başda özünüzü hər insanda olduğu kimi çox yaxşı hiss edirsiniz.

Çünki artıq vaxtınızı boş, mənasız şeylərə deyil, sizin və sevdikləriniz, yaxınlarınız üçün  faydalı olan şeylərə sərf edir, alın təri, halal əməklə nə isə etməyə çalışırsınız.

Ətrafdakı insanlar da ciddi qərar verib faydalı işlərlə məşğul olduğunuz üçün yəqin sizi dəstəkləyir və bu da sizi sevindirir, özünüzü yaxşı hiss etməyə başlayırsınız. Amma bununla yanaşı günlər keçdikcə iki mənfi şey baş verir. Onlar sizi narahat edir, kədərləndirir və həvəsinizin ölməsinə səbəb olurlar. 

Bunlar nədir?

Birincisi, getdikcə məsuliyyətin artması və işin bir az çətinləşməsi, etdiyiniz cəhdlərin bir neçəsində üzləşdiyiniz uğursuzluqlar və nəticə olaraq da uğura olan inamınızda şübhələrin yaranması, içinizdən bir neqativ pıçıltının sizi narahat etməsi.

İkincisi, sizə dəstək verib bu qərarınıza görə sizə qarşı müsbət fikirli və sizə inanan insanların o dəstək və inamlarını itirmələri və onların yanında pərt olmaq, qazandığınız hörməti itirməyiniz.

Bu iki səbəb və günlər keçdikcə artan mənfi təzyiqlər sizidə inamsızlıq yaratmağa başlayır və gözlərinizin hədəfdən yayınıb sadəcə problemlərə, olan və ola biləcək bütün neqativ və kədərli hadisələrə köklənməsinə səbəb olurlar. 

Ən sərfəli kredit üçün müraciət et

Məhz bu anlar uğura doğru gedən hər bir insan üçün ən kritik anlardır. Belə ki, bu anda bütün uğursuzluq və çətinlikləri qəbul etmə və onları öz-özünüzə analiz etmə şəkliniz onların o gün və gələcək həyatınız üzərindəki təsirini təyin edəcək və istiqamətinizin sizə sonralar üzəcək ya da fəxr etmənizə səbəb olacaq yerə yönəlməsini təyin edəcəkdir.

Belə vəziyyətdə hər kəsin verdiyi önəmli qərarlar vardır. Bu qədər fərqliliklər olmasına baxmayaraq, bu qərarları qəbul edən zaman insanlar demək olar ki, bir-birilərindən çox az fərqlənirlər. Yəni bəlli seçimləri edən bəlli insan qrupları var.

Uğur qazanan insanlar məğlubiyyətin, çətinliklərin və problemlərin həyatın qaçılmaz və danılmaz bir həqiqəti olduğunu qəbul edib ona görə yaşayırlar. Hər problemə bir əvəzsiz dərs kimi baxıb ibrət alırlar. Bizə ən faydalı və əvəzedilməz dərsləri üzləşdiyimiz uğursuzluqların verdiyinə inanırlar. Daha ilk başdan uğursuzluq, çox çətin problemlər və.s kimi sürprizlərlə qarşılaşacaqlarını bilib, bunlara və ola biləcək ən pis ehtimallara hazırlıqlı olurlar. Problemləri, uğursuzluqları daha ilk başdan qəbul etdiklərindən bunlarla üzləşdiklərində şikayət etmək və ya gileylənmək əvəzinə soyuqqanlı olmağa çalışır və bu uğursuzluqları ən yaxşı və effektli şəkildə necə həll edəcəkləri üzərində düşünürlər. Bunun da ən təbii nəticəsi olaraq problemi həll edir, özünə olan inamı güclənir və buna bənzər problemləri həll etmək üçün də təcrübə qazanmış olurlar. Uğursuz insanlar da onlara “şanslı adamdır, bəxtəvərdir” və s. kimi etiketlər yapışdırıb onların paxılllıqlarını çəkə-çəkə, amma ürəklərində də gizlincə onlar kimi ola bilməyi arzulaya-arzulaya həyatla vidalaşırlar.