“Qala Həyat Sığorta”nın səhmdarlarından biri payını satıb | Banco.az

“Qala Həyat Sığorta”nın səhmdarlarından biri payını satıb

“Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 8,89%-nə nəzarət edən Nizami Məmməd oğlu Mahmudov payını satıb.

“Report” xəbər verir ki, onun payını “Quna" MMC alıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin səhmlərinin qalan 91,11%-i isə əvvəlki kimi “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur. 

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,87 mln. manatdır.