Azər Əliman oğlu Əlizadə hal-hazırda Qala Həyat Sığorta şirkətinin İdarə Heyətinin Sədri vəzifəsininin müvəqqəti icra edicisidir. Qeyd edək ki, o, daha öncə “Qala Həyat” SŞ-nin Satış Departamentinin müdiri vəzifəsində çalışıb.
O, 19 Dekabr 1980-ci ildə Bakı şəhərində anadan olub.
Təhsili:
Azər Əlizadə 1997-2001 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə bakalavr təhsili alıb.
Təcrübəsi:
2001-cı ildə Azərbaycan Xalq Təsərrufatını İdarəetmə İnstitutu Biznesın Təşkili və İdarə Edilməsi (Menecer) fakültəsini bitirib.
2002-ci ildə “BAKFEM” şirkətində Xarici Əlaqələr və Əməliyyət İdarəsində Menecer vəzifəsində çalışıb.
2002-2004-ci illərdə Azərbaycan Mikromaliyyələşdirmə Bankında Baş Xəzinadar vəzifəsində çalışıb.
2007-2010-ci illərdə ”ADA Ticarət” QSC şirkətində Satışın təşkili departamentinin Sifarişlərin Hazırlanması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2011-2012-ci illərdə “Atəşgah” Siğorta Şirkətində Məsləhətcilərinin İdarəedilməsi Şöbəsində Menecer vəzifəsində çalışıb.
2012-ci ildən “Qala Həyat” SŞ ASC-nin Satış Departamentinin müdiri və İdarə Heyətinin üzvü olub.
Hal-hazırda "Qala Həyat” SŞ ASC-də İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq icra edir.
Azər Əliman oğlu Əlizadə "Qala Həyat” SŞ ilə bağlı 2018-ci il gözləntilərindən danışarkən bildirib ki, "Qala Həyat" 2017-ci ildə çətinliklərlə rastlaşsa da, bu çətiniklərin öhdəsindən müvəfəqiyyətlə gəlib.
2018 –ci ilin iş strategiyasına gəlincə, qarşıya qoyulan məqsəd işin keyfiyyətini daha da artırmaq olacaq: " Müştərilərimizə göstərilən xidmətimizi maksimum yüksəltmək, şirkətin ümumi nəticələrini artırmaq, həyat sığortası üzrə müştərilərimiz üçün yeni və faydalı məhsullar yaratmaq, əhalinin həyat sığortası barəsində mariflənməsində öz tərəfimizdən əlimizdən gələni etmək arzusunda və niyyətindəyik. Biz hər zaman irəliyə iri addımlarla addımlayırıq və bunun 2018-ci ildə belə davam edəcəyinə əminik”.