“Qala Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 1,33% və yaxud 171,6min manat artırılaraq 12 870 000 manatdan 13 041 600 manata çatdırılıb.
Məlumatda deyilir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 860 manat olan 60 yeni səhm buraxılıb. Qiymətli kağızları “Qala Həyat Sığorta”nın hər iki səhmdarı – “AzRe Təkrarsığorta” ASC və “Quna” MMC əldə ediblər. Bununla belə, şirkətdən yeni səhmlərin hansı nisbətdə alındığı barədə açıqlama vermək istəməyiblər.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. İndiyə qədər onun səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta”ya (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna"ya məxsus olub.
Report.az