“Qala Həyat Sığorta”nın mənfəəti bölüşdürüləcək | Banco.az

“Qala Həyat Sığorta”nın mənfəəti bölüşdürüləcək

“Qala Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının 30 mart 2018-ci il tarixli qərarına əsasən, iyunun 22-də, saat 10:00-da şirkətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, yığıncaq “Qala Həyat Sığorta”nın Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 42A ünvanında yerləşən baş ofisində olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Yığıncağın gündəliyinə şirkətin 2017-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, xalis mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,87 mln. manatdır. Şirkətin səhmlərinin 91,11%-I “AzRe Təkrarsığorta ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna" MMC-yə məxsusdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et