"Qala Həyat" Sığortanın kapitalı artıb | Banco.az

"Qala Həyat" Sığortanın kapitalı artıb

"Qala Həyat" Sığorta Şirkəti 2017-ci ilin yekun maliyyə göstəricilərini açıqlayıb. 

Sözügedən dövrdə, sığorta şirkətinin cəmi aktivləri 38,945 mln. manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 14,8% və ya 6,76 mln. manat azdır. Şirkətin cəmi aktivlərinin 19,329 mln. manatını uzunmüddətli aktivlər, 19,616 mln. manatını isə qısameddətli aktivlər təşkil edib.

Sığorta şirkətinin cəmi öhdəliklərində də azalma müşahidə olunub. İlin əvvəlində 27,985 mln. manat məbləğində olan öhdəliklər, hesabat ilinin sonuna 28,8% azalaraq 19,938 mln. manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

"Qala Həyat" Sığorta Şirkətinin kapitalı artıb.

Belə ki, sığorta şirkətinin kapitalı 1 il ərzində 7,3% artaraq 19,007 mln. manat həcminə çatıb. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 12,870 mln. manatdır.

2017-ci ili mənfəətlə başa vurub.

Cəmi gəlirləri 29,924 mln. manat, cəmi xərcləri 28,281 mln. manat olan "Qala Həyat" Sığortanın maliyyə mənfəəti 1,643 mln. manat təşkil edib. 353,981 min manat mənfəət vergisi ödəyən şirkət, 2017-ci ili 1,289 mln. manat xalis mənfəətlə başa vurub.