Qala Həyat Sığorta şirkəti satış mütəxəssisi vakant yeri elan edir
Namizədə tələblər
- - Təhsili: istənilən istiqamət üzrə bakalavr dərəcəsi;
- - Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurma;
- - İş təcrübəsi: Sığorta və ya bank məhsullarının satışı sahəsində
- təcrübə (həyat sığortası və korporativ satışla
- məşğul olan namizədlərə üstünlük verilir);
- - Şəxsi keyfiyyətləri: təqdimat və inandırıcılıq qabiliyyəti.
Əsas vəzifə öhdəlikləri
- - Müştərilər tapmaq və şirkətin məhsullarını onlara təklif etmək;
- - Müştərinin tələblərini öyrənərək müştəri üçün müvafiq sığorta
- məhsulunu təqdim etmək və satışını həyata keçirmək;
- - Satışdan sonra müştəri ilə ünsiyyəti qoruyub saxlamaq və
- şirkətin digər məhsullarını da təklif etmək;
- - Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti və şərtləri
İş vaxtı 09:00-dan 18:00-dəkdir;
Həftədə 5 iş, 2 istirahət günü;
- Görüşlər üçün avtomobil və sürücü şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları
əsasında təyin edilir;
Əmək haqqından əlavə tibbi sığorta, rüblük və illik nəticələrə əsasən mükafatlandırma tətbiq edilir.
Maraqlanan namizədlərdən xahiş olunur ki, məktubun mövzu (subject) yerinə "Satış mütəxəssisi" yazıb CV-lərini
[email protected] elektron poçt ünvanına göndərsinlər.