"Qala Həyat Sığorta" Direktorlar Şurasına yeni sədr seçilib | Banco.az

"Qala Həyat Sığorta" Direktorlar Şurasına yeni sədr seçilib

"Qala Həyat Sığorta" ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr seçilib. Şirkətdən verilən məlumata görə, söhbət Kamal İbrahimovdan gedir.

O, bu vəzifədə Fuad Quliyevi ("Qala Həyat"ın əsas səhmdarı olan "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri) əvəz edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, K.İbrahimov indiyə qədər "AB Standard" QSC-yə daxil olan "Bank Standard" QSC-nin Müşahidə Şurası və "Standard Insurance" ASC-nin DŞ-nın sədri olub. Bununla belə, "Standard Insurance"dən bildirilib ki, K.İbrahimovun yeni təyinatı barədə məlumatsızdırlar və o, hələ də, DŞ-nın sədri vəzifəsində qalıb.

Mənbə : report.az