Qafqaz və Mərkəzi Asiya iqtisadiyyatı kiçiləcək | Banco.az

Qafqaz və Mərkəzi Asiya iqtisadiyyatı kiçiləcək

Qafqaz və Mərkəzi Asiya regionlarında ÜDM 2019-cu ildəki 4,8 faiz artımından sonra cari ildə 2,1 faiz azalacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr ayına dair “Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya” hesabatında bildirilir.

“Qafqaz və Mərkəzi Asiyadakı zəif artımın əsas payı nefti idxal edən ölkələrin (2019-cu ildəki 6,1 faizlik artıma qarşı 2020-ci ildə 5 faiz azalma) payına düşür. Həmin ölkələrin iqtisadiyyatı pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlər, ticarətin zəifliyi, turizmin tənəzzülü üzündən gözlənildiyindən daha çox ziyan çəkib”, – sənəddə deyilir.

Hesabat müəlliflərinə görə, sözügedən regionun əksər ölkələrində zəif tələbat nəticəsində inflasiyanın da aşağı səviyyədə qalması gözlənilir.

Həmçinin neft idxal edən ölkələrdə 2019-cu ilə nisbətən 2020-ci ildə büdcə kəsiri 6 faiz bəndi artaraq ÜDM-nin 7,1 faizinə çatması gözlənilir. Həmçinin Qafqaz və Mərkəzi Asiya ölkələrində cari ilin sonunadək dövlət borcunun ÜDM-in 60 faizinədək artması borc həcminin yüksək risqlər altında olduğu bildirilir.

Bütövlükdə sözügedən region ölkələrinin hazırkı böhranla bağlı üzləşdikləri problemlərin çoxunun ümumi səciyyə daşısa da, müxtəlif ölkələrin perspektivləri xeyli fərqlidir:

“2020-ci ildə neft istehsalçısı ölkələrdə həqiqi ÜDM-nin 6,6 faiz azalacağı gözlənilir. Bu ildə istər neft, istərsə də qeyri-neft sektorlarındakı zəif göstəricilər müqabilində ötən il cəmi 0,3 faizlik azalma qeydə alınmışdı.

OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair razılaşma nəticəsində, daxili və xarici tələbatın zəifliyi, həmçinin ABŞ tərəfindən İrana qarşı sanksiyaları üzündən neft ÜDM-sinin 7,7 faiz azaacağı gözlənilir. Qeyri-neft ÜDM-si isə daha çox daxili və xarici tələbatın azalması nəticəsində xidmətlər sahəsindəki kəskin azalma ucbatından 5,8 faiz azalacaq”.

Ən sərfəli kredit üçün müraciət et

İMF-nin qənaətincə neft idxal edən ölkələrdə ticarət, turizm, pul köçürmələri sahəsindəki çətinliklər əsas etibarilə neft qiymətlərinin aşağı səviyyəsilə bağlı müsbət məqamları heçə endirir.

“Bu amillər hərəkətin məhdudlaşdırılması ilə yanaşı, artımı ciolovlamağa davam edir. Belə ki, həmin artım 2019-cu ildəki + 2,8 faizə qarşı bu ildə - 1% həcmində ehtimal olunur. Misirdən başqa, sözügedən ölkələrin hamısında bu il artımın mənfi, 2021-ci ildə isə müsbət 2,2 faizədək olacağı gözlənilir”, – hesabatda qeyd olunur.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et