Ləğvetmə prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarının bir qismi məlum olub.
Bu, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “PAŞA Holdinq”ə daxil olan “PAŞA Bank”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər və “Amrah Sığorta” ASC-dir.
Qeyd edək ki, bu gün “Qafqaz İnkişaf Bankı”ında yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir. İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub. İclası ADIF-in icraçı direktoru Azad Cavadov aparır.
Mənbə: Report.az