Qadınların pensiya yaşı niyə artırılır? | Banco.az

Qadınların pensiya yaşı niyə artırılır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Qadınların pensiya hüququ əldə etmək yaşları kişilərdən azı 3 il aşağı səviyyədə təşkil edilməlidir”. 

Banco.az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki,  bunu bir sıra xarici ölkələrin təcrübəsi də sübut edir: 

“Elə ölkələr var ki, qadınlar ilə kişilər arasında pensiya yaşı əldə etmək hüququna sahib olmaq arasında 5 il fərq mövcuddur. Azərbaycanda qadınların pensiya hüququnun 6 ay artırılmasına səbəb  müvəqqəti xarakter daşıyır. Məsələ bundadır ki, ölkədə hazırkı pensiya-sığorta sistemi mexanizmi vətəndaşlara 65 yaşdan tez pensiyaya çıxmaq və yaxud pensiya hüququ əldə etmək imkanı vermir. Hər şey vətəndaşın əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları, yığa bildiyi pensiya kapitalı, iş stajı və sairədən asılıdır”. 

Pərviz Heydərov qeyd edib ki, bu elə təşkil olunmalıdır ki, vətəndaşın gələcəkdə əldə edəcəyi aylıq pensiya məbləği qaneedici olsun:

Ən sərfəli kredit üçün müraciət et

“Nəticədə vətəndaş, Dövlət Sosial Müdafiə Fondu (DSMF) maliyyə baxımdan  dövlət büdcəsindən asılı olmayacaq.Hesab edirəm ki, hazırkı yaş həddi bu məsələlər nəzərə alınaraq müəyyən edilib”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et