Qadınlar üçün yeni iş yerləri yaradılacaq | Banco.az

Qadınlar üçün yeni iş yerləri yaradılacaq

“Biz bu il FAO ilə toxumçuluq, heyvandarlıq sahəsində layihələrin icrasını planlaşdırırıq”.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Azərbaycanda dayanıqlı ərzaq və kənd təsərrüfatının Dayanaqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunmasına töhfəsini sürətləndirmək mövzusu"nda keçirilən milli seminarda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, hər iki qurum məşğulluq sahəsində "Aqrar Məşğulluğun Artırılması Layihəsi" (AMAL) adlı layihənin birgə icrasını planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

"Bu layihə həm məşğulluğun, həm də aqrar sahədə məhsuldarlığın artırılmasına xidmət edəcək. Bundan başqa, hər iki qurumun (KTN və FAO) qadınların məşğulluğunun artrırlması üçün xüsusi proqram nəzərdə tutulub",- deyə İ.Kərimov əlavə edib.

fins.az